Yelləncəkdə boğazına kəndir dolanan uşaq öldü - Mingəçevirdə


19:16     14 Noyabr 2018 1442312790_usaq.jpg

Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Şəhərin Sahil küçəsində həyətdə yelləncəkdə yellənən uşağın ehtiyyatsızlıqdan boğazına kəndir dolanıb. Köməksiz vəziyyətdə qalan 8 yaşlı uşaq orada boğularaq ölüb.

Ölən uşağın adı da məlum olub.

Bu, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədovdur.

Faktla bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 851


Oxşar xəbərlər