Xocalı-Gədəbəy mədəniyyəti saxtalaşdırıla bilməyəcək - Nuridə Atəşi faktları üzə çıxardı


09:36     15 Noyabr 2018 2018/11/nuride-atesi_1542260664.jpg

Noyabrın 9-da Fransanın Lyon 2 Universitetində həmyerlimiz Nuridə Atəşi Qədirova arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, Avropada arxeologiya ixtisası üzrə ilk azərbaycanlı elmlər doktoru adını qazanıb.


Femida.az xəbər verir ki, „Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı- Gədəbəy mədəniyyəti kontexində: E.ə. 1300-700 -cü yüzilliklər“ mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən ibarət olmaqla 394 səhifədən ibarətdir.

Müxtəlif ölkələrin Universitet və Elmi-tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq Juri tətdiqat işinə böyük və önəmli qiymət vermiş bu tədqiqatın beynəlxalq elm aləmində diskussiyaya səbəb olacağına diqqəti çəkib. Dissertasiya işinin elmi rəhbəri Lyon 2 Universitetinin professoru xanım Mişel Kazanova digər üzvləri isə: Professor Eric Thirault , Lyon 2 Universiteti, və Lyon Şərq arxeologiya İnstitutu, Professor Heberi Nobari , rəyçi, (Tarbiət Modarne Universiteti Tehran, Iran), Dr Marjan Mashkour , rəyçi, Fransa Milli Təbiət tarixi muzeyi və Milli elmi tədqiqat Mərkəzi, Professor Elena Rova, rəyçi, İtalianın Ca’Foscari Venetsiya Universiteti, Associait Professor Suzanne Dibo, Lyon 2 Universiteti, və Lyon Şərq arxeologiya İnstitutu, Azərbaycandan isə AMEA Naxçıvan Bölməsinin professoru Vəli axşəliyev müdafiədə iştirak edib və iddiaçının tədqiqatını qiymətləndiriblər.

Nuridə Atəşi- Qədirova ilk dəfə olaraq Xocalı-Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət etmiş indiyə qədər bu mədəniyyətə verilən digər adlardan: „Gəncə-Qarabağ mədəniyyəti“, „Mərkəzi Cənubi Qafqaz mədəniyyəti“, “Samtavro mədəniyyəti”, “Lçaşen- Mestamor mədəniyyəti”, “Lçaşen- Tsitelgori mədəniyyəti” kimi adlardan imtina edilməsini bu mədəniyyət üçün xas olan „Xocalı-Gədəbəy mədəniyyəti adının bundan sonra elmi ədəbiyyatda işlədilməsinin daha doğru olduğunu irəli sürüb.

O ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis,fransız, rus və azərbaycan) tədqiqatlar aparmış çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları aşkar etmiş, Xocalı Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini verib.

O Xocalı-Gədəbəy mədəniyyətinin Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırıb və abidələrini tədqiq edib. Tədqiqatçı eyni zamanda muzey materiallarının tipaloji analizini verib, kataloqunu hazırlayıb və beynəlxalq elmin diqqətini Azərbaycan arxeologiyasına, onun inkişafına yönəltməyə müvəffəq olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1334


Oxşar xəbərlər