Camaatın qarşısına necə çıxacağam? - Himnlə bağlı danışan deputat

Camaatın qarşısına necə çıxacağam? - Himnlə bağlı danışan deputat


13:41     15 Noyabr 2018 2018/11/15-27-26-tahir_kerimli_061217_1541244490.jpg

Bu günə qədər parlamentimizin hələ də televiziyası yoxdur. Əhalimizin sayı 10 milyona çatacaq. Cənubi Qafqazın böyük dövlətiyik. Maddi imkanımız da imkan verir ki, parlamentin televiziyası yaradılsın.



Femida.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.

Kərimli əlavə edib ki, parlament televiziyasının yaradılması, seçicilərə imkan verəcək ki, deputatların fəaliyyətini daha yaxından izləsin və hətta nəzarət etsinlər. Hətta parlamentdə qeydiyyatdan keçən jurnalistlər də bu televiziyada çalışa bilər. Bəzən televiziyalarda bizim fikirlərimiz təhrif edilir. Məsələn, mənim dövlət himni ilə bağlı fikirlərim təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırıldı. Bu problemi hamımız yaşaya bilərik. Demədiyim sözlər mənim adımdan yayıldı. Ciddi şəkildə tənqid edildim. Mənim Ağsunun bir neçə kəndində görüşüm olacaq. Mən bu təhrif edilən sözlərdən sonra camaatın qarşısına necə çıxacağam? Bu mənada parlamentin özünün televiziya kanalının olması vacibdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 753