“Sürüşmə zonasındakı evlər bizlik deyil” - Nazirlik rəsmisi


20:04     15 Noyabr 2018 18_11_15_1542295900.jpg

Badamdarda sürüşmə sahəsində gərgin vəziyyət davam edir.

Bunu Femida.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazidə quraşdırılan mayaklarda hələlik heç bir dəyişiklik yoxdur. Ə.Qaralov həm Bayıl yamacı, həm də Badamdar sürüşmə sahəsindəki evlərin aqibəti məsələsinə toxunub. Bunun təmsil etdiyi nazirliyə aid olmadığını söyləyib.

“Bayıl dərəsinin sağ yamacında baş vermiş sürüşmədən sonra bizim tərəfimizdən mühəndis-geoloji araşdırmalar aparılıb və müfəssəl şəkildə hesabat tərtib olunaraq Nazirlər Kabinetinə təqdim edilib. Fövqəlada Hallar Nazirliyinindən müsbət rəy alınıb. Təkliflərimiz də həmin hesabatda öz əksini tapıb. İnsanların evləri ilə bağlı məsələ bizlik deyil".

Nazirlik rəsmisi qeyd edib ki, Badamdarda sürüşmə prosesi tam başa çatmadığı üçün sürüşmə kütləsi üzərində hər hansı geoloji-tədqiqat işlərinin aparılması qorxuludur.

"Ora insanın müdaxiləsi hər an bədbəxt hadisəyə səbəb olar. Stabil vəziyyət tam yarandıqdan sonra ərazidə mühəndislik-geoloji işlər aparılacaq. Gərginlik hələ başa çatmayıb. İnsanların evlərinə qayıtması təhlükəlidir”.

Açar sözlər:

Oxunub: 595


Oxşar xəbərlər