Qaradağda yanğın - Bir nəfər xilas edildi


09:40     16 Noyabr 2018 13878640961363594763_yangin45sadas1.jpg

Qaradağda 4 otaqlı ev yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 276