Fəlsəfə doktorları dövlət qulluğuna imtahandan azad edilə bilər


13:37     17 Noyabr 2018 2018/04/dovlet-q_1523608797.jpg

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişiklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, təkliflər hökumətə göndərilib.

"Dövlət qulluğu ilə bağlı qanunvericiliyə kifayət qədər təkliflər var. Bunlar əsasən sertifikatlar və sertifikat əldə edən şəxslərin müsahibədə iştirakı ilə bağlıdır. Təkliflərdən biri də fəlsəfə doktorları olan şəxslərin dövlət qulluğunun imtahan mərhələsindən azad edib, birbaşa müsaqibə mərhələsindən keçərək işə qəbul edilməsi ilə bağlıdır. Müxtəlif təkliflər var. Qanun çox böyük həcmlidir. Dəyişiklər qanun qəbul olunanda tam şəkildə olmalıdır ki, mexanizm çevik olsun.

Rəhbər vəzifələrə imtahanlarda iştirak etmək istəyən şəxslərin çox azdır. Bu sahədə kifayət qədər boş yer ver. Adı, inzibati vəzifələrdə iştirak etmək istəyənlərin sayı kifayət qədərdir. Onların çoxu bundan uğurla keçə bilmir, yalnız 1/3 hissəsi uğurlu olur. Bu da onu göstərir ki, müsahibə mərhələsinə namizədlər məsuliyyətli yanaşmır. Bəlkə də müəyyən hallarda dövlət orqanları da həmin namizədlərə sərt yanaşır, tələblər yüksəkdir və o tələblərə uyğun olan namizədlərin sayı azdır. Yüksək keyfiyyətli namizədlər isə əmək haqqı yüksək olan özəl sektorda iş yerini rahat və tez tapırlar".

Femida.az

Açar sözlər:

Oxunub: 501


Oxşar xəbərlər