ABŞ-da yanğın faciəsi: 76 ölü, 1276 itkin var


13:25     18 Noyabr 2018 18_11_18_1542533077.jpg


Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı artıb.

Bu barədə Byutt dairəsinin şerifi Kori Honea keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, noyabrın 8-dən davam edən yanğınlar nəticəsində 76 nəfər həlak olub, daha 1276 nəfər itkin düşüb.

Qeyd edək ki, bu, ştat tarixində ən dağıdıcı yanğınlardır. Alov 9,8 min evi və 60 min hektardan çox meşəni məhv edib.

Daha əvvəl bildirilirdi ki, meşə yanğınları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan itkin düşüb.

Femida.az

Açar sözlər: #ABŞ  

Oxunub: 519