İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
13:14 20 Noyabr 2018
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı İran vətəndaşının düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana keçmək istəyən narkotacir saxlanılıb
- İrandan gələn daha bir maşında narkotik tapıldı - FOTO
- İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub