MSK-nın iclası keçirilib


03:32     14 Oktyabr 2015 msk%20ic.jpg

Oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sədrliyi ilə komissiyanın növbəti iclası keçirilib.


Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Açar sözlər:

Oxunub: 893