Səsvermə bülletenlərinin çapına başlanıldı


16:32     14 Oktyabr 2015 milli%20m8.jpg

Bu ilin noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə bağlı səsvermə bülletenlərinin çapına başlanılıb.


Femida.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bülletenlərin çap edildiyi Milli Məclis Aparatının mətbəəsinə baş çəkib, görülən işlərlə tanış olub.

M.Pənahov deyib ki, səsverməyə 10 gün qalana qədər, yəni, oktyabrın 22-dək seçki bülletenləri tam çap olunmalıdır: “125 seçki dairəsi üzrə ümumilikdə 5 milyon 344 min 431 səsvermə bülleteni çap olunacaq. Bu da seçicilərin sayından 3 faiz çoxdur. Səsvermə bülletenləri seçkiyə 5 gün qalana qədər DSK-lara, 3 gün qalana qədər isə məntəqə seçki komissiyalarına paylanılır. Hesab edirəm ki, bu prosesdə heç bir problem olmayacaq”.

O bildirib ki, əvvəlcə Naxçıvandakı seçki dairələrinə, sonra isə ucqar rayonlardakı seçki dairələrinə bülletenlər paylanılacaq.

MSK sədri seçki prosesində jurnalistləri fəal olmağa çağırıb.

Açar sözlər:

Oxunub: 1033