İranın xarici borcu azalıb
17:55 25 Noyabr 2018
Cari ilin (21 mart 2018-dən başlayaraq) ilk altı ayında İranın xarici borcu təxminən 9% azalıb.
Femida.az Trend-ə istinadən bildirir ki, İranın Mərkəzi Bankının İranın xarici borcu ilə əlaqədar son statistikasında belə qeyd olunub.
Cari ilin altıncı ayının sonunda İranın xarici borcu 10,317 milyard dollardır. Onun 6,853 milyard dolları orta müddətli və uzun müddətli, 3,464 milyard dolları isə qısa müddətli borclardır.
İranın borclarının həcmi beşinci ayın sonunda 10,405 milyard dollar idi. 6-cı ayda bu borclar azalıb və 10,317 milyard dollara çatıb.Halbuki İranın xarici borcları cari ilin 1-ci ayının sonunda 11,305 milyard dollar idi. Bu statistika 6 ay ərzində İranın xarici borclarının azaldığını göstərir.
İranın xarici borcları yerli xammal istehsalına nisbətdə təxminən 2,5%-dir yerli xammal istehsalına nisbətdə İranın xarici borcunu digər ölkələrlə müqayisə etdikdə, İranın minimum xarici borcu olan ölkələr sırasında yer aldığı müşahidə olunur.
Oxunub: 349
Oxşar xəbərlər
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
- İranın tanınmış din xadimi vəfat edib
- İranın xarici işlər naziri koronavirusa yoluxub
- İranın XİN rəhbəri: “Azərbaycanla münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək”
- İranın ilk prezidenti vəfat edib
- İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlanıb