Azərbaycanda meşəbəyinə cinayət işi açıldı
20:07 25 Noyabr 2018
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyən Əsədov Cəfər Ağaəli oğlu barəsində cinayət işi açılıb.
Femida.az oxu.az-a istinadən bildirir ki, C. Əsədovun vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulub.
Belə ki, C. Əsədov meşədə ağacların qanunsuz kəsilməsinə laqeyd qalıb və bilavasitə bu işdə iştirak edib. Ona qarşı Cinayət Məcəlləsinin 259.1 (Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 314.1 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib