PA-nın yeni şöbə müdiri kimdir?
21:43 26 Noyabr 2018
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqaqında sərəncam imzalayıb.
Sərəncama əsasən Hikmət Fərhad oğlu Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Femida.az xəbər verir ki, Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirib.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. Müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.
2013-cü ilin avqustunda Azərbaycanın Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
18 sentyabr tarixindən bu günədək Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib.
Rus, türk, ingilis və fransız dillərini bilir.
Oxunub: 478
Oxşar xəbərlər
- PA-nın QHT-lərlə iş sektoruna yeni müdir təyin olunub
- PA-nın şöbə müdiri generalla görüşdü - Orduda ideoloji işin təşkili ilə bağlı
- PA-nın şöbə müdiri partiya rəsmiləri ilə danışıqlar apardı
- PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi yeni qanun layihəsini şərh etdi
- PA-nın məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyib
- PA-nın məsul işçiləri beş rayonun sakinlərilə görüşüb
- PA-nın məsul işçiləri bölgələrdə vətəndaşlarla görüşüb
- PA-nın yeni rəhbərindən ilk - Açıqlama
- PA-nın məsul işçilərinin oktyabr ayı üzrə qəbul günləri - CƏDVƏL
- PA-nın məsul işçiləri vətəndaşların müraciətlərini dinləyib