Qaçqın və məcburi köçkünlərə 200 mln. manat ayrılacaq


13:39     27 Noyabr 2018 neft%20fondu.PNG


2019-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) qaçqın və məcburi köçkünlərin həyata şəraitinin, mənzillə təminatının yaxşılaşdırılması üçün əlavə 200 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə məlumat verib.

Nazir büdcənin xərclər hissəsinin 410 mln. manat artırılmasının məqsədləri barədə də danışıb və birc sıra xərc istiqamətlərini açıqlayıb: “Regionlarda məşğulluq üçün əlavə olaraq 80 mln. manat, 2019-2020-ci illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərcləri üçün əlavə 11 mln. manat ayrılacaq. Bundan başqa, Gənclər Fondu üçün əlavə 2,7 mln. manat nəzərdə tutuluv ki, bu da cari illə müqayisədə 4,4 dəfə çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasına əlavə 800 min manat, yeni doğulmuş eşitmə qüsurlu, ürəklə bağlı problemli uşaqlar üçün əlavə 4 mln. manat, həmçinin yeni yaradılan təşkilatların maliyyə təminatı üçün 5,5 mln. manat ayrılması nəzərdə tutulub”. / Report

Femida.az

Açar sözlər: fond  

Oxunub: 424