Hesabat verməyən QHT-lərdən pul geri alınacaq


16:31     28 Noyabr 2018 manat1.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirilmiş layihələri ilə bağlı hesabatı gecikdirən QHT-lərə qarşı sərt addımlar atacaq.

Femida.az-ın məlumatına görə, hesabatın təqdim olunma müddəti Şura və QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur.

Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirləri tətbiq ediləcək:

- 5 iş günündən 15 iş gününədək gecikdirildiyi halda QHT-yə rəsmi xəbərdarlıq ediləcək;

- 16 iş günündən 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilməyəcək və QHT Şuranın növbəti qrant müsabiqəsində iştirak hüququndan məhrum ediləcək;

- 31 iş günündən 60- iş gününədək gecikdirildiyi halda QHT 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum ediləcək;

- 61 iş günündən artıq gecikdirildiyi halda QHT 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum ediləcək və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, hazırda Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsinə əsasən ilk tranşda layihənin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 70 faizi QHT-nin bank hesabına köçürülür. QHT tərəfindən layihənin icrasına dair maliyyə və təsviri hesabatlar təqdim edildikdən sonra vəsaitin 30 faizi həmin QHT-nin bank hesabına köçürülür. Beləliklə, yeni məhdudlaşdırıcı tədbirlərə əsasən hesabat Şura və QHT arasında imzalanmış qrant müqaviləsində göstərilən müddətdən 16 iş günü gec təqdim olunarsa, QHT layihənin maliyyələşdiriliməsiən ayrılmış vəsaitin 30 faizindən məhrum olacaq, həmin vəsaiti ala bilməyəcək, növbəti qrant müsabiqəsinə də buraxılmayacaq. Hesabat 61 iş günü gecikdirildiyi halda isə QHT layihənin maliyyələşdirilməsi ilə bağıl birinci tranşda bank hesabına köçürülmüş 70 faiz vəsaiti də Şuraya geri qaytarmalı olacaq. Əks halda məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu halda isə QHT-nin Şura tərəfindən məhkəməyə verilməsi qaçılmaz olacaq. Eyni zamanda həmin QHT 2 il Şuranın müsabiqələrinə qatıla bilməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 500


Oxşar xəbərlər