Azərbaycanda avtomobil istehsalı artıb - 26,5 dəfə


18:27     28 Noyabr 2018 18_11_28_1543413607.jpg


2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib.

Femida.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb.

Bununla yanaşı 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 345