“Mənə “Skype”la danışmaq imkanı verilib” - Erməni əsir


23:28     28 Noyabr 2018 18_11_28_1543433415.jpg

"Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir"

Femida.az xəbər verir ki, bunu hazırda Azərbaycanda həbsdə olan erməni hərbi qulluqçu Arsen Baqdasaryan deyib.

Erməni əsir ona heç kimin işgəncə vermədiyini söyləyib: "Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm".

Baqdasaryan bildirib ki, o, həbsxanada hazırda Çin dilini öyrənir: "Mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm".

Qeyd edəkki, 1994-cü il təvəllüdlü Arsen Eduardoviç Baqdasaryan 2014-cü il dekabrın 26-da Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 595