Gürcüstan tarixində İLK: Qadın prezident seçildi - Zurabişvili KİMDİR?


10:32     29 Noyabr 2018 18_11_29_1543473508.jpg


Gürcüstan Respublikasına tarixdə ilk dəfə qadın prezident seçilib.

Femida.az xəbər verir ki, “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.

Bu barədə Gürcüstan Seçki Komissiyası məlumat yayıb. Belə ki, səslərin 99,7 faizi hesablanıb. Zurabişviliyə seçicilərin 59,56 faizinin etimadını qazanıb. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Yeni prezidentin səlahiyyət müddəti 6 il olacaq. Bu, xalq tərəfindən seçilən sonuncu prezidentdir. Növbəti prezident 300 nəfərlik təmsilçi tərəfindən seçiləcək.

Azərbaycandakı gürcülər kimi dəstəklədi?
Gürcüstanın Azərbaycandakı səfirlyinidə yaradılmış üç seçki məntəqəsi üzrə səsvermənin nəticələri açıqlanıb.

Diplomatik nümayəndəlikdə səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, Bakıda fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə nəticələr belədir:

4 saylı seçki məntəqəsi: Q.Vaşadze 96 səs, Salome Zurabişvili 13 səs.
5 saylı seçki məntəqəsi: Q.Vaşadze 91, Salome Zurabişvili 16 səs.
6 saylı seçki məntəqəsi:Q.Vaşadze 63, Salome Zurabişvili 12 səs.

Qeyd edək ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda da Gürcüstanın Azərbaycandakı səfirliyindəki üç seçki məntəqəsində Q.Vaşadze səs üstünlüyü əldə etmişdi. Buna baxmayaraq, ümumi nəticələrə əsasən, Vaşadze seçkilərdə rəqibinə uduzub.

Salome Zurabişvili KİMDİR?

Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib.

Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

30 il Fransa xarici işlər nazirliyində çalışıb. 2004-2005-ci illər arasında Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında Zurabişvili "Gürcüstan yolu” müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Salome Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.

2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. Bu ilin avqust ayında Zurabişvili Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatılıb.

Femida.az

Açar sözlər: #Gürcüstan   #seçki   #qadın  

Oxunub: 1667