Polis qadın sürücünü saxladı, yolun ortasında olay yaşandı - VİDEO


11:46     29 Noyabr 2018 2018/11/47033956_279921806203107_8808448702520754176_n_1543477669.jpg

Türkiyədə qadın müəllimə gündəm yaradıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən qadın polis tərəfindən saxlanılıb. Bu zaman o, qışqırmağa və polis maşınına əli ilə zərbələr endirməyə başlayıb. Qadının videosu sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı mətbuata açıqlama verən qadın müəllimə deyib ki, onun belə qışqırmasına səbəb polisin telefonla onu qeydə alması olub.
"Polis məni telefonla kameraya çəkməyə başlayanda əsəb keçirdim və qışqırmağa başladım", deyə o bildirib.



Miri Məcidli
Femida.az

Açar sözlər: #polis   #Qadın   #sürücü   #Video   #gülməli  

Oxunub: 1947