DİN Şəmkirdə törədilən qətllə bağlı məlumat yaydı


15:03     30 Noyabr 2018 daxili%20isler%20her%20kes.jpg

Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən qətllə bağlı məlumat yayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Nurəddin Əsədoğlu münaqişə zəminində həmkəndliləri Eşqin Əmiraslanova və onun qardaşı İbrahimə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Eşqin ölüb, İbrahimin vəziyyəti ağırdır.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əsədoğlu saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #Şəmkir  

Oxunub: 444