Gürcülərə evdə marixuana çəkməyə icazə verildi


10:36     01 Dekabr 2018 610x380xmarixuana5.jpg.pagespeed.ic.tVpMuVsotO.jpg

Gürcüstan parlamenti marixuanadan istifadə ilə bağlı qanun qəbul edib.



Qanuna əsasən, marixuanadan vətəndaşlar yalnız özlərinə məxsus yerlərdə istifadə edə bilərlər, ictimai yerlərdə isə qadağandır.

Bundan əlavə, 21 yaşınadək insanların marixuanadan istifadəsi qanunla qadağan edilib. Qanunun tələblərini pozan şəxslər 500 laridən - 1000 lariyədək, təkrar pozanları isə 1000 laridən - 1500 lariyədək cərimələnəcək.

Qeyd edək ki, qanunun təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Daxili İşlər Nazirliyidir.

Femida.az

Açar sözlər:

Oxunub: 368


Oxşar xəbərlər