BP-nin Bakı ofisində “həyəcan”: işçilər təxliyyə edildi


20:55     03 Dekabr 2018 18_12_03_1543853354.jpg

Bu gün günün "BP-Azerbaijan" şirkətinin Bakı ofisində bomba yerləşdirildiyi barədə məlumat yayılıb. Bildirilib ki, hazırda ofisin bütün əməkdaşları təxliyə edilib və "Port Baku" binasının qarşısındakı küçədə dayanıblar.

Femida.az xəbər verir ki, "BP-Azerbaijan" şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, ofisdə potensial təhlükəsizlik riski yaranıb.

"Biz potensial riski və təhlükə səviyyəsini araşdırırıq. Təhlükəsizlik məqsədilə ofisin işçilərini iş vaxtından əvvəl evə buraxmışıq. Ofis və işçilər üçün heç bir təhlükə yoxdur", - deyə o qeyd edib.

Açar sözlər:

Oxunub: 520


Oxşar xəbərlər