Zurabişvilinin andiçmə mərasimi Telavidə keçiriləcək


14:11     05 Dekabr 2018 2018/12/zurabisvili_1544005427.jpg

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Kaxeti bölgəsindəki Telavi şəhərində keçiriləcək.


Femida.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili deyib. Onun sözlərinə görə, andiçmə mərasimi dekabrın 16-da “Batoni” qala sarayında keçiriləcək.

Qeyd edək ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Femida.az

Açar sözlər:

Oxunub: 385