"ASAN Xidmət" beynəlxalq əlaqələri genişləndirir
11:25 06 Dekabr 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Türksat” şirkətinin direktoru Cenk Şen, daha sonra isə Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryubi arasında görüşlər keçirilib.
Femida.az xəbər verir ki, Türkiyə tərəfi ilə keçirilmiş görüşdə qonağa “ASAN xidmət” barədə məlumat verilib, Elektron hökumət sahəsində Dövlət Agentliyi ilə “Türksat” şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb.
Əfqanıstan tərəfi ilə keçirilmiş görüşdə 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində növbəti əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Elektron Hökümətin İnkişafı Mərkəzində təşkil olunan görüşlərdə qonaqlar Mərkəzin fəaliyyəti ilə də tanış olublar.
Femida.az
Oxunub: 461
Oxşar xəbərlər
- Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır?
- ABŞ-ın dövlət katibi: "Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb
- İstintaqı yekunlaşan cinayət işlərinin sayı açıqlanıb
- İsrailə girişin şərtləri asanlaşdırıldı
- Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"