Hesablama Palatasının kollegiya iclası keçirilib
11:57 08 Dekabr 2018
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Femida.az Palataya istinadən xəbər verir ki, iclasda çıxış edən qurumun sədri bu il sentyabrın 5-dən “Hesablama Palatası haqqında” yeni qanunun qüvvəyə mindiyini bildirib, Palatanın qanunda müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üzrə qarşıda duran işlər barədə danışıb.
Daha sonra iclas iştirakçıları dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərdən istifadəyə dair hesabatı, Bərdə Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatı müzakirə edərək təsdiq edib, hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Bundan başqa, iclasda “Hesablama Palatası tərəfindən dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları” geniş müzakirə olunaraq təsdiq olunub.
Femida.az
Oxunub: 317
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Hesablama Palatasının mətbuat katibi dəyişib
- Hesablama Palatasının sədri və əməkdaşları təltif edilib - SİYAHI
- Hesablama Palatası Dünya Bankının aqrar layihəsini qiymətləndirib
- Hesablama Palatasının büdcənin icrası haqqında qanun layihəsinə rəyi Milli Məclisə daxil olub
- Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
- Hesablama Palatasına təyin olunacaq sədr müavini və auditorların adları məlum olub
- Hesablama Palatası “Azərsu”da yoxlama aparıb