Qanunsuz ov edən 3 nəfər saxlanılıb


10:28     13 Dekabr 2018 2018/12/48252-1544682016_1544683100.jpg

Dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 369