Mətbuat prospektində cinayət - Qadının başından vurub çantasını apardılar


12:15     13 Dekabr 2018 2018/12/canta-ogurluq-qadin1_1544689187.jpg

Bakıda qadına qarşı quldurluq edən keçmiş məhkum saxlanılıb.



Femida.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Araşdırma aparılır

Femida.az

Açar sözlər:

Oxunub: 666