Nazir əmr imzaladı: Bakıda 10 TSEK ləğv edildi


15:45     13 Dekabr 2018 2018/05/sahil_1526110039.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri üzrə 10 Tibbi-Sosial Ekspert Komissiyalarının fəaliyyətinə son qoyulub və bunun yerinə yeni 5 tibbi-sosial ekspert komissiyası yaradılıb.


Femida.az xəbər verir ki, bu barədə Unikal.org-a nazirliyin mətbuat katibi Fazil Talıblı məlumat verib.

Bildirilib ki, bundan sonra aşağıdakı ekspert komissiyaları fəaliyyət göstərəcək:

- Səbail, Yasamal, Nəsimi,

- Binəqədi, Qaradağ,

- Nizami, Xətai, Nərimanov,

- Xəzər, Pirallahı,

- Suraxanı, Sabunçu.

Femida.az

Açar sözlər:

Oxunub: 683