Prezident Krala məktub göndərib


18:52     15 Dekabr 2018 prezident2.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 394