Masallıda evdə partlayış - Xəsarət alan azyaşlıların 2-si də vəfat etdi
11:14 17 Dekabr 2018
Masallı rayonunda evdə baş verən partlayış nəticəsində xəsarət alan azyaşlıların hər ikisi dünyasını dəyişib.
Femida.az
xəbər verir ki, Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Xatırladaq ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Xəsarət alanlardan Ə.Müseyibov həmin gün xəstəxanada dünyasını dəyişmişdi.
Femida.az
Oxunub: 375
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"