Siqaretə görə tələbələr arasında bıçaqlaşma: Şah damarını kəsdi - TƏFƏRRÜAT


17:40     20 Dekabr 2018 bicaq_321.jpg

Bu gün Bakı Avrasiya Universiteti yaxınlığında baş verən bıçaqlanma ilə bağlı təfərrüatlar məlum olub.


Femida.az bildirir ki, primetime.az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan şəxs filologiya fakültəsinin 1-ci kurs tələbəsi Azər adlı oğlandır.

Məlumata görə, o, 2-ci kurs tələbəsi ilə mübahisə zamanı ayağının şah damarından bıçaqlanıb.

Hadisəyə səbəb isə siqaret olub. Azər siqaret çəkib yerə atan zaman siqaretin kötüyü digər tələbənin ayağına dəyib. Bundan sonra həmin tələbə Azərə bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən xəstəxanaya çatdırılsa da, hazırda durumu ağırdır. Bildirilib ki, lazım olan qan tapılmasa xəstə itirilə bilər.

***

Bakı Avrasiya Universitetinin tələbəsi bıçaqlanıb.

Femida.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə yarım saat əvvəl baş verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, hadisə universitet ərazisində baş verməyib: “Universitetin yanında olan qəbiristanlıqda tələbə bıçaqlanıb. O, yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmasa da, universitetin birinci kurs tələbəsidir”.

Femida.az

Açar sözlər: #Bakı   #tələbə   #bıçaqlanma  

Oxunub: 2043