Milli Qəhrəmanların doğum günüdür


15:14     20 Dekabr 2018 2018/12/hg_1545304530.jpg


Bu gün Milli Qəhrəmanlar Riad Əhmədov və İbrahim Məmmədovun doğum günüdür.

Femida.az xəbər verir ki, Riad Fikrət oğlu Əhmədov 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. O, peşəkar zabit kimi Milli Təhlükəsizlik sistemində əks-kəşfiyyat sahəsində çalışıb. 1989-cu ildən cəbhənin müxtəlif istiqamətlərində fəal iştirak edib, 1991-ci ildə Çaykəndin azad olunmasında xüsusi fərqlənib, vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb, 1992-ci ilin yanvarında Əfqanıstan döyüşçülərindən ibarət xüsusi təyinatlı dəstə yaradıb, dəstəsi ilə birlikdə Şuşa, Goranboy və digər bölgələrdə ciddi uğurlar qazanıb, 1992-ci il yanvarın 26-da Şuşa yaxınlığındakı Daşaltı kəndi uğrunda döyüşə rəhbərlik edib, axıra qədər döyüşüb və bu uğursuz döyüşdə itkin düşüb. 1992-ci il iyulun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində 203 saylı orta məktəb onun adını daşıyır.

İbrahim İsmayıl oğlu Məmmədov 1958-ci il dekabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, Xocalı faciəsindən sonra yaşadığı Moskva şəhərindən Vətənə, Bakıya qayıdıb, könüllü olaraq cəbhəyə gedib, bölük komandiri kimi müxtəlif bölgələrdə düşmənə qarşı sücaətlə vuruşub, 1994-cü il fevarlın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən döyüşdə düşmənin 3 tankını və xeyli canlı qüvvəsini məhv edib, son anda snayper gülləsindən həlak olub. 1994-cü il iyunun 20-də Milli Qəhrəman adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 641