185 keşiş uşaqları zorlamaqda ittiham olunur


19:38     20 Dekabr 2018 18_12_20_1545319727.jpg

ABŞ-ın İllinoys ştatının prokuroru Liza Mediqan kilsə ruhaniləri tərəfindən azyaşlı uşaqlara qarşı 700-ə yaxın cinsi zorakılıq və təcavüz faktlarının aşkarlanması barədə hesabat dərc edib.

Femida.az “Associated Press”ə istinadən xəbər verir ki, prokuror İllinoysun 6 yeparxiyasında bu cür əməllə məşğul olan 185 keşişin kimliyini müəyyənləşdirə bildiklərini deyib. Lakin araşdırma zamanı daha 500 analoji təcavüz faktları üzə çıxıb.

Hesabatda müxtəlif şikayət və müraciətlərə baxmayaraq, ştatın kilsə rəhbərliyinin uşaqlara qarşı təcavüz faktlarını lazımi formada araşdırmaması və buna cəhd etməməsi xüsusilə qınanıb. Hətta istisna edilmir ki, kilsə rəhbərliyi keşişlərin azyaşlıları zorladığından xəbərdar olub və onların bu cinayətlərini sistematik şəkildə dəfələrlə ört-basdır edib.

Bununla belə, hesabatda uşaqlara təcavüz edən 185 keşişin adı və azyaşlılara qarşı törətdikləri cinayətlərin dəqiq tarixləri qeyd olunmayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Pensilvaniya ştatının yeparxiyasına daxil olan kilsələrdəki 300 keşişin min nəfərdən çox azyaşlı uşağa cinsi təcavüz etdiyi üzə çıxmışdı. Nəticədə onlardan bəzilərinə qarşı cinayət işi açılmışdı.

Açar sözlər:

Oxunub: 454