Ötən günün cinayət STATİSTİKASI: 20 nəfər saxlanılıb


10:54     21 Dekabr 2018 cinayet5.PNG

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 20-də ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 342