13 yaşlı oğlanın əlində pirotexniki maddə partlayıb


16:42     21 Dekabr 2018 xestexanada73.jpg

Gəncə şəhərində 13 yaşlı oğlanın əlində pirotexniki vasitə partlayıb.


Şəhər sakini, 2005-ci il təvəllüdlü Xəyal Rüstəmov partlayıcı pirotexniki maddədən istifadə edən zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report.az)

Açar sözlər:

Oxunub: 408