Ronaldo məhkəmə qarşısına çıxacaq


20:12     23 Dekabr 2018 18_12_23_1545579947.jpg

Dünya şöhrətli portuqaliyalı futbolçu, “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo məhkəmə qarşısına çıxarılacaq.
Femida.az TASS-a istinadən xəbər verir ki, vergidən yayınmaqda ittiham olunan Ronaldonun işinə yanvarın 21-də İspaniyada baxılacaq.

Onun təqsirini etiraf edəcəyi, İspaniyanın vergi orqanları ilə bundan əvvəl bağladığı müqaviləyə əsasən iki il şərti cəza alacağı gözlənilir. Futbolçu həmçinin 19 milyon avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo 2011-ci ildən 2014-cü ilədək olan dövrdə 14,7 milyon avro vergi fırıldaqçılığında ittiham edilirdi.

Açar sözlər:

Oxunub: 441