“Yaşıl Dəhliz” sahibkarlara Yeni il hədiyyəsidir - Səfər Mehdiyev
12:57 24 Dekabr 2018
"Ölkədə aparılan islahatlar, nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir".
Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilən forumda deyib.
DGK sədri bildirib ki, "Yaşıl Dəhliz" cənab prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına Yeni il hədiyyəsidir:
""Yaşıl dəhliz" sistemi özünü idarəetməyə yol açır. Bununla sahibkarlar idxal-ixrac əməliyyatlarını ofislərindən apara biləcəklər. Bu xidmət fevral ayının 1-dən tətbiq olunmağa başlayacaq. Sahibkarlar artıq gömrük məmurunu görmədən öz əməliyyatlarını həyata keçirə biləcəklər. Bu da şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsinə gətirib çıxaracaq. Həmçinin vaxt məhdudiyyətini aradan qaldıracaq, logistik xidmətlərə çəkilən xərcləri sıfıra endirəcək".
Femida.az
Oxunub: 457
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- Rüşvətə görə həbs edilən DGK əməkdaşlarının adları açıqlandı