Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb


19:48     24 Dekabr 2018 18_12_24_1545666604.jpg

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.


Femida.az -ın Azvision.az-a istinadən məlumatına görə, saat 18:30-da yola çıxmalı olan qatar texniki səbəbdən hərəkət etməyib. Nəticədə sərnişinlər bir müddət qatarda qalıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova sistemdə problemin olduğunu bildirib: “Həmin saatda iki qatar yola çıxır. Sistemdə problem olduğu üçün qatarlar bir-birinin hərəkətini görə bilməyib. Nəticədə yubanma olub. Problem aradan qaldırılıb. Qatar artıq xəttə buraxılıb, yoldadır”

Açar sözlər:

Oxunub: 440