“İçərişəhər” Muzey Mərkəzi yaradılıb


09:02     25 Dekabr 2018 2018/12/3280FF7B-9C1D-4D74-8812-8221BB3DD826_1545713178.jpeg

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda "İçərişəhər" Muzey Mərkəzi yaradılıb.

Femida.az bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə "İçərişəhər" Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, "İçərişəhər" tarix muzeyinin və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında "İçərişəhər" Muzey Mərkəzi yaradılıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə "İçərişəhər" Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.

Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi də artırılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 462