Belarusdakı səfirimiz XİN rəhbəri ilə görüşüb

Belarusdakı səfirimiz XİN rəhbəri ilə görüşüb


11:54     27 Dekabr 2018 2018/12/15458-1545895295_1545897341.jpg

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.


Səfirlikdən Femida.az-a bildiriblər ki, görüşdə tərəflər 2018-ci ilin yekunu, Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin nəticələri və geniş spektrdə ikitərəfli qarşılıqlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Səfər ərəfəsində keçirilmiş ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası və bu iclas çərçivəsində razılaşdırılmış sənədlər səfərin uğurlu keçməsinə öz töhfəsini verib. Nəticədə səfər çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək mühüm sənədlər imzalanıb.

Söhbət zamanı 2018-ci ildə səfirliyin Belarus XİN-i ilə birgə fəaliyyəti və keçirilən tədbirlər yüksək qiymətləndirilib. V.Makey qeyd edib ki, artıq strateji tərəfdaş olan Azərbaycan və Belarusun münasibətləri daha yüksək müstəviyə qədəm qoyub.

Görüşdə L.Qəndilov Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və 25 illiyə həsr olunmuş kitabı V.Makeyə təqdim edib.

Femida.az

Açar sözlər:

Oxunub: 203


Oxşar xəbərlər