Doğma qızına göz dikən manyak atadan xəbər var - Sonu belə oldu


10:01     28 Dekabr 2018 2018/12/qadin-zorakiliq_1545977400.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, N. Hacıyevin yetkinlik yaşına çatmayan qızı A.H (ad soyad şərtidir) qarşı mütəmadi olaraq zorakı yolla seksual xarakterli hərəkətlər edib.


Femida.az

Açar sözlər:

Oxunub: 1791