1500-dən artıq suriyalı ölkəsinə döndü


14:58     29 Dekabr 2018 2018/12/Suriyaaaa_1546077872.jpg

Son sutka ərzində 1500-dən artıq suriyalı xarici dövlət əraizisindən ölkəsinə geri dönüb. Bu barədə Rusiyanın Suriyada qaçqınların qəbulu və yerləşdirilməsi mərkəzindən məlumat verilib.

“Son sutka ərzində Suriya Ərəb Respublikası ərazisinə xarici dövlətlərdən 1561 qaçqın geri dönüb. Bunlardan 389 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd keçid məntəqəsini keçməklə Livandan, 1172 nəfəri isə “Nəsib” sərhəd keçid məntəqəsini keçməklə İordaniya ərazisindən daxil olub”, - deyə mərkəzin məlumatında bildirilib.

Suriya ərazisində 232 vətəndaşın daimi yaşayış yerlərinə geri döndüyü qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 388