“Bibi” alt paltarından heroini çıxardı”


21:03     30 Dekabr 2018 18_12_30_1546189634.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən, "Bibi" ləqəbli narkotacir Sənubər Lütfəliyevanın məhkəməsi keçirilib.

Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, polis orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb. O, ifadəsində narkotiki "Kubinka"da yaşayan "Bibi"dən aldığını deyib. Növbəti əməliyyatda "Bibi"də saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli olmayıb.

Təqsirləndirilən S. Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin "Bibi" ifadə verməkdən imtina edib, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Daha sonra polis əməkdaşı Miryusif Seyidov deyib ki, adını xatırlamadığı bir nəfər tutulub və həmin şəxs narkotiki S. Lütfəliyevadan aldığını bildirib: "Biz ona yaxınlaşıb idarəyə dəvət etdik, orada qadın hal şahidləri dəvət olundu. Sənubər xanımın sinə alt paltarında saxladığı pul qabısından heroin çıxdı".

Digər polis əməkdaşı Ruslan Həsənov da oxşar ifadə verib və bildirib ki, S. Lütfəliyevanın evinə də baxış keçirilib lakin oradan heç nə çıxmayıb.

Hal şahidi Dilçad Quliyeva və Teyyubə Qarayeva da ifadə veriblər. Onlar bildirib ki, qadının üzərinə baxış keçirmək istəyən zaman o, buna etiraz edib: "Bizə icazə vermədi, özü sinə alt paltarının içindən 2 pul qabı çıxartdı, onların da içindən salafana bükülmüş nəsə var idi".

S.Lütfəliyeva deyib ki, heroinləri polisə özü təqdim edib.

Cinayət işi materialları arasında olan rəyə görə, "Bibi" özü də narkotik vasitələrdən istifadə edir və məcburi müalicə olunmalıdır.

Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Proses yanvarın 11-də davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 473