Bakıda keçmiş məhkumu öldürən şəxsə hökm oxundu
12:34 31 Dekabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.
Femida.az Report-a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.
Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 430
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bakıda 39 yaşlı qadını avtomobil vurub
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü