Şahmatçımız Avstraliyada ikinci oldu


22:02     31 Dekabr 2018 2018/12/C9BB9E83-8949-4A1A-80FA-8457DC284131_1546279138.jpeg

Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.

167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.

Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 501