İlin ən böyük layihəsi başa çatdı - FOTOLAR


21:16     18 Oktyabr 2015 asan%20esas.jpg

“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatdı.


“ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb.

Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev həmçinin layihənin baş tutuduğu regionlardan olan İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

“ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı layihə ilə bağlı məlumat verərək bildirib ki, layihənin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdır

Açılış nitqi söyləyən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışı zamanı bildirib ki, “ASAN xidmət”də könüllük fəaliyyəti elə “ASAN xidmət” fəaliyyətə başladığı gün başlamışdır. İlk dəfə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı zaman, cənab Prezident İlham Əliyev könüllülərlə görüşmüşdür. Belə demək olar ki, “ASAN xidmət”də könüllülük fəaliyyəti Cənab Prezidentin xeyir-duasıyla başlayıb.

Dövlət Agentliyinin sədri çıxışı zamanı onu da qeyd edib ki, ilk dəfə 15 nəfərlə fəaliyyətə başlayan ASAN könüllülərinin sayı bu gün 5000-dən çoxdur və bunu uğurlu gənclər siyasətini nəticəsi kimi göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı ilk öncə Azərbaycanın Müstəqillik günü münasibətilə mərasim iştirakçılarını təbrik edib.

Daha sonra bildirib ki, aparılan gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə ideal gənclik yetişir, intellektual, vətənpərvər gənclər formalaşır. Avropa Oyunları ərəfəsində könüllülərin fəaliyyətinə toxunan icraçı direktor bildirib ki, bu oyunlar zamanı Azərbaycan gəncliyi bütün dünyaya öz vətənpərvərliklərini nümayiş etdirdi.

Mərasimin sonunda layihənin həyata keçirilməsində böyük dəstək göstərmiş İcra Hakimiyyətinin nümayəndələrinə mükafatlar təqdim olunub.

Əsas məqsədi Respublika miqyasında könüllük fəlsəfəsini təbliğ olunması və könüllülük hərakatını stimullaşdırması olan “Könüllülər Yurdu-Azərbaycan” layihəsi Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Quba, Masallı və ətraf rayonları əhatə edib. Ümumilikdə 600-ə yaxın gəncin iştirak etdiyi layihədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.Layihə çərçivəsində uşaqlar və qocalar evinə ziyarət, az təminatlı ailələrin evinin abadlaşdırılması, ətraf mühitin tullantılardan təmizlənməsi, “Gəlin Kitab oxuyaq”, “Tütünə Yox” və bu kimi bir çox sosial yönümlü aksiyalar həyata keçirilib.

Layihə iştirakçıları üçün “ASAN xidmət” mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin layihə ərzində 10 000-dən artıq ailəyə könüllük fəaliyyəti ilə bağlı marifləndirici bukletlər (məlumat vərəqləri) paylanılıb.

Açar sözlər:

Oxunub: 1179