ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq


09:30     03 Yanvar 2019 2019/01/F3E0721A-62CB-446D-91DD-0EBE4A27F684_1546492056.jpeg

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaltmağı planlaşdırır.

Femida.az "Report"a istinadən bildirir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Military.com" nəşri məlumat yayıb.

"Yanvarın 2-də ABŞ-ın hərbi məmurları əvvəlki kimi həvəssiz şəkildə qoşunların Əfqanıstandan çıxarılması planını müzakirə etdilər, lakin strategiya ilə tanış olan mənbə "Military.com"a bildirib ki, (NATO-nun Əfqanıstanakı missiyasının komandanı general Ostin Skott) Miller növbəti 8-12 ay ərzində təqribən 14 min Amerika əsgərindən 7 minini ölkədən çıxarmağı planlaşdırır", - deyə mətdə bildirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etmədiyini və Pentaqona müvafiq göstəriş vermədiyini bildirib.


Femida.az

Açar sözlər:

Oxunub: 357