Nazirlik hava ilə bağlı xəbərdarlıq edir


14:01     03 Yanvar 2019 EKOLOGIYA%20VE%20TEBII.PNG

Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Femida.az

Açar sözlər: Yağış   Külək  

Oxunub: 353