Sabah yağış yağacaq - Proqnoz


14:00     03 Yanvar 2019 yagisli%20hava.jpg

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 4-ü axşamdan 5-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Femida.az

Açar sözlər:

Oxunub: 348