Baş Gömrük İdarəsi ilə bağlı iddialara - CAVAB
14:10 03 Yanvar 2019
Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin (BBGİ) sahibkarlara "maneələr" yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Belə ki, məlumatda Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.
Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib